Biləsuvarda şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

29 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Kapital Bankla birgə təşkil etdiyi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın valideynləri, onların ailələri və müharibə iştirakçıları iştirak etdi.
Aksiya çərçivəsində rayonda ayrılmış “Vətən bağı” adlanan xüsusi ərazidə torpaqlarımızın azadlığı uğrunda aprılan müharibədə şəhid olmuş 202 nəfər biləsuvarlı qəhrəmanızın şərəfinə 202 ədəd müxtəlif növ ağaclar əkilərək suvarıldı.



Xəbərlər  Tarix:   1 Noy 2021 / 16:41


« Əvvəlki xəbər (1823 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR