Biləsuvar rayonunda 1 noyabr - Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd edilib.

1 noyabr 2021-ci il tarixdə Biləsuvar rayonunda Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd olunub.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar DAİM-nin əməkdaşları, rayonun kənd təsərrüfatı işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində təşkil olunmuş kənd təsərrüfatı sərgisinə baxış keçirmişlər.Sərgidə rayonda yetişdirilən bir çox məhsullar, kənd təsərrüfatı texnikaları və dərman vasitələri nümayiş olunmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək “1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı” münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar diləyib.Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən kənd təsərrüfatı sahəsində çalışanlara göstərilən diqqət və qayğı məhz bu gün də dövlət başçımız cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Çıxış edənlər son illər kənd təsərrüfatı sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda kənd təsərüffatında fərqlənən bir qrup kənd təsərrüfatı işçisinə fəxri fərmanlar təqdim olunmuşdur.



Xəbərlər  Tarix:   2 Noy 2021 / 12:39


« Əvvəlki xəbər (1821 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR