Şəhid övladının ad günü qeyd olundu

Şəhid Quliyev Bəhruz Firuz oğlu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdandır. Bu gün Şəhidimizin qızı Mədinənin 6 yaşı tamam olur.
Naftalan ŞİH başçısı Vüqar Novruzov və şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov Şəhidin ailəsinə baş çəkib, gül balamızı təbrik edərək birlikdə ad gününü qeyd ediblər. Səmimi təbriklərini çatdıran icra başçısı şəhidin övladları Mədinə və Elayın istəklərini nəzərə alaraq onlara smartfonlar hədiyyə edib.
Səmimi söhbət zamanı Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Şəhidimizin atası Firuz Quliyev şəhid ailələrinə və oğlu Bəhruzun ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.



Xəbərlər  Tarix:   3 Noy 2021 / 15:46


« Əvvəlki xəbər (1814 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR