Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin anım günündə xatirə lövhəsinin açılışı olub

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlunun anım mərasimi keçirilib. Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarə ziyarət edilib, Sarayev küçəsi 14 ünvanında xatirə lövhəsinin açılışı olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Milli Məclisin sədr müavini Adil Əliyev, deputat Mahir Abbaszadə, Vətən Müharibəsi Qəhrəmanları polkovnik Nizami Mövlanov, polkovnik-leytenant Anar Mirzəyev və Xalq artisti şəhid atası-Əli Nur, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq!
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söylədi ki, ölkəmiz 44 günlük Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız çağdaş Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar. Məhz belə şəhidlərimiz haqqında çox gözəl və yerində deyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Digər şıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.



Xəbərlər  Tarix:   3 Noy 2021 / 15:50


« Əvvəlki xəbər (1813 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR