“Tarixi Qələbəmizin uğurları” adlı rəsm sərgisi

“Tarixi Qələbəmizin uğurları” adlı rəsm sərgisi
8 Noyabr- Zəfər Günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan rayon nümayəndəliyinin birgə əməkdaşlığı ilə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Tarixi Qələbəmizin uğurları” adlı məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
Keçirilən sərgidə gənclər, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmiş, nümayiş olunan rəsmlərlə yaxından tanış olmuşlar.
Rəsm sərgisi müxtəlif yaş qruplarına məxsus uşaqlar və gənclər üçün mütəmadi olaraq keçirilir.



Xəbərlər  Tarix:   4 Noy 2021 / 13:52


« Əvvəlki xəbər (1808 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR