2 ay əvvəl atasını, helikopter qəzasında ərini itirdi

Ötən gün "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları keçirən helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, vəfat edən hərbçilərdən biri kapitan Cavid Bayramlı olub.
1994-cü il təvəllüdlü Cavid Əhliman oğlu Bayramlı Naxçıvan Muxtar Republikasının Şahbuz rayonunda doğulub. O, ailəsi ilə birgə Yasamal rayonunda yaşayıb.
Əldə etdiyimiz məlumata görə, həyat yoldaşı Nuray 2 ay əvvəl atasını itirib.
Qeyd edək ki, Cavidlə Nuray cütlüyünün bir qız övladı var.



Xəbərlər  Tarix:   2 Dek 2021 / 11:36


« Əvvəlki xəbər (1801 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR