“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Cəlilabad rayonu Ocaqlı kəndi yaxınlığındakı su kanalının ətrafına tullantıların atılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, şikayətçinin iştirakı ilə Cəlilabad rayonu Qarazəncir bələdiyyəsi tərəfindən sözügedən ərazi tullantılardan təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə məcburi göstəriş verilib”.



Xəbərlər  Tarix:   17 Yan 2022 / 13:27


« Əvvəlki xəbər (1799 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR