Məktəblilər Müdafiə Sənayesi Nazirliyində

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüdülməsi fikrini əsas tutaraq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi tədbir çərçivəsində Bakı şəhər Yasamal rayon ərazisində yerləşən məktəblərdən şagird və müəllim heyəti 18 yanvar 2022-ci il tarixində Müdafiə Sənayesi Nazirliyinin binasını ziyarət ediblər. Şagirdlərə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin salamları çatdırılıb.Şagirdlər ilk olaraq Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksi ilə tanış olublar. Nazirliyin Vətən müharibəsində 72 əməkdaşının böyük şücaət göstərdiyi, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldikləri, 7 əməkdaşın isə yaralanaraq qazi olduğu şagirdlərin diqqətinə çatdırılıb.Akt zalında davam etdirilən tədbirdə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev keçdiyi döyüş yolu barədə şagirdlərə məlumat verib, Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Nazirliyin əməkdaşı Nadir Əliyev də çıxış edərək 44 günlük Vətən Müharibəsi zamanı Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının fasiləsiz çalışaraq Ordumuzu döyüş texnikası və silah-sursatla təmin etdikləri barədə məlumat verib. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti, istehsal olunan silah-sursat və texnikalarla bağlı şagirdləri məlumatlandırıb və sualları cavablandırıb. Daha sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş “Salam Silah “ filmi izlənilib.Sonda Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıqları əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabı şagirdlərə hədiyyə edilib.




Xəbərlər  Tarix:   19 Yan 2022 / 09:49


« Əvvəlki xəbər (1779 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR