20 Yanvar faciəsi qəhrəmanlıq tariximizin şanlı səhifəsidir

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür.
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar səhiyyə naziri Teymur Musayev və Səhiyyə Nazirliyinin kollegiya üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Eyni zamanda, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.
20 Yanvar 2022




Xəbərlər  Tarix:   21 Yan 2022 / 10:11


« Əvvəlki xəbər (1768 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR