Prezident İlham Əliyev: "Dini məkanlar hər kəs üçün müqəddəsdir"

“Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir”. Bu fikirləri Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
Şuşanın Azərbaycanın mədəni paytaxtı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu, çox yüksək səviyyəli etimaddır. “Bu yaxınlarda Şuşaya səfər edəndə işlərini necə görəcəklərini mənə nümayiş etdirən italyan şirkətlərinin nümayəndələri ilə görüşdüm. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu, rəmzi məna daşıyan digər bir jestdir, çünki siz bu tarixi Qələbənin bizim üçün nə qədər böyük məna daşıdığını təsəvvürünüzə gətirə bilərsiniz”-, deyə Prezident İlham Əliyev əlavə edib.




Xəbərlər  Tarix:   21 Yan 2022 / 10:25


« Əvvəlki xəbər (1765 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR