Azərbaycanda daha 14 nəfər COVID-19-dan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 183 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116, ötən müddət ərzində isə ümumilikdə 6 037 787 test aparılıb.




Xəbərlər  Tarix:   21 Yan 2022 / 11:00


« Əvvəlki xəbər (1759 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR