Milli Observatoriyanın təhlil və tədqiqat sahələri genişlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil və tədqiqat sahələri ötən il xeyli genişlənib.
Observatoriyanın fəaliyyətinə və gələcək hədəflərinə həsr olunan iclasda analitik və intellektual mərkəzi kimi fəaliyyət göstərən qurumun təhlil və təqdiqat, proqnozlaşdırma istiqamətində gördüyü işlər müzakirə edilib. Praktiki iş sektorları ilə sıx əməkdaşlıqda funksional sahələr üzrə təhlillərin aparılmasının, kadr potensialının inkişaflına yönələn təlim-tədris işlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Observatoriyanın əmək bazarı, sosial müdafiə və demoqrafiya sahələri üzrə həyata keçirilən tədbirlərin və sosial proqramların cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin və gələcək inkişaf meyillərinin müəyyən edilməsi istiqamətində gördüyü işlər müzakirə olunub. Aparılmış təhlillər və təqdiqatlardan, müvafiq sahənin inkişafı məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin təqdim olunması üzrə əldə olunan nəticələrdən bəhs edilib.
Müasir innovasiyalara və rəqəmsal texnologiyaların tətbiqinə əsaslanan müxtəlif sosial layihələrin işlənib hazırlanması sahəsində Milli Observatoriyanın fəaliyyəti qeyd edilib.
Observatoriya tərəfindən bu il bir sıra yeni istiqamətlər üzrə təhlil və tədqiqatlara başlanacağı vurğulanıb.




Xəbərlər  Tarix:   25 Yan 2022 / 11:03


« Əvvəlki xəbər (1748 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR