“Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi

“Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi
184
24.01.2022
Yanvarın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrin, habelə yazarların və digər incəsənət xadimlərinin “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi. Xatirə nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.
Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir”.
Daha sonra Elnur Əliyev ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrə, habelə yazarlar və digər incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim etdi. Təltif olunanlar arasında bir çox təhsil müəssisələrin rəhbərləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digərləri olub.




Öz xəbərlərimiz  Tarix:   25 Yan 2022 / 12:12


« Əvvəlki xəbər (486 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR