İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün təməli qoyuldu

İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub.
Yeni avtomobil körpüsünün tikintisi ilin sonun qədər başa çatacaq.
Təməlqoyma mərasimində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi və digər Azərbaycan və İran rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.




Öz xəbərlərimiz  Tarix:   26 Yan 2022 / 12:07


« Əvvəlki xəbər (523 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR