FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Cəlilabad şəhərində "ВАЗ" markalı minik avtomobilinin körpüdən aşaraq su kanalına düşməsi nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun, Bakı şəhərinin Səbail rayonunda 1958-ci il təvəllüdlü Xoxonov Vladimir Nikolayeviçin və Sumqayıt şəhərində 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib




Xəbərlər  Tarix:   1 Fev 2022 / 10:10


« Əvvəlki xəbər (1736 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR