AmCham-ın “Ağ sənəd”inin (“White paper”) müvafiq müddəaları “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunda müzakirə ediləcəkdir

“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi tərəfindən Azərbaycanın biznes mühitinin daha da təkmilləşdirilməsi baxımından bank, maliyyə, sığorta, məhkəmə, rəqəmsal texnologiyalar, satınalma, əmək, vergi, gömrük və digər sahələrdəki qanunvericiliyə dəyişikliklərlə bağlı tövsiyə və təklifləri əhatə edən “Ağ sənəd” (“White paper”) hazırlanmışdır.
Sənəddə “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun fəaliyyət istiqamətlərinə aid edilən təkliflərlə əlaqədar, İşçi qrupunun cari ilin fəaliyyət planında tədbirlərin nəzərdə tutulması üçün Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının və Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələrinin iştirakı ilə 10.02.2022-ci il tarixində saat 16:00-da video-konfrans formatında görüşün keçirilməsi nəzərdə tutulur.




Xəbərlər  Tarix:   9 Fev 2022 / 15:26


« Əvvəlki xəbər (1724 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR