Kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən iqtisadi dövriyyəyə cəlb edilir

Ölkədə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəli istifadəsi, torpaq istifadəçiliyində gəlirliliyin artırılması istiqamətində mühüm tədbirlər görülür. Bu məqsədlə beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi idarəetmə üsulları və yeni texnologiyalar tətbiq edilir, boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün təhlillər aparılır, yenidən əkin dövriyyəsinə cəlb olunur, torpaqların rentabelliliyi təmin edilir.
Yerli icra hakimiyyətlərinin məlumatına əsasən, 2016-2021-ci illər ərzində 43 rayon (şəhər) üzrə 1.337 hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254.135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb.
Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. 2021-ci il ərzində 29 müraciət üzrə 5.346 hektar torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamları ilə dəyişdirilib.
Ümumilikdə isə, səmərəsiz istifadə olunan 252.487 hektara yaxın örüş-otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə dəyişdirilib. Həmin ərazilərin 239.568 hektarı 51 aqroparkın, 24 iri təsərrüfatın və 38 digər hüquqi və fiziki şəxslərin icarəsinə verilib.
Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyinın möhkəmləndirilməsi baxımından önəmli tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı da artırılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların dövlət idarəedilməsində müasir yanaşmaların tətbiqini, effektiv üsullar həyata keçirməklə torpaq münasibətlərinin tənzimlənməsi istiqamətində tədbirləri davam etdirəcək




Xəbərlər  Tarix:   10 Fev 2022 / 10:57


« Əvvəlki xəbər (1719 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR