MƏQALƏ

Ağayev Xətail Aqil oğlu,hüquqlarının qorunması və hadisələrin ictimailəşdirilməsi üçün Uğurmedia xəbər və yayım agentliyinə müraciət etmişdir.
Uğurmedia xəbər və yayım agentliyinin baş redaktoru və təsisçisi Tərlan Abbasova Ağayev Xətail Aqil oğlu 5 Mart 2022-ci il tarixində hüquqlarının müdafiə olunması üçün və onun əvəzindən müxtəlif dövlət və qeyri dövlət orqanlarında çıxış etmək üçün etibarnamə vermişdir.
Ağayev Xətail Aqil oğlu 18.12.1994-cü ildə Ağdam rayonunda anadan olmuşdur.
22.04.2012-12.10.2013-cü ilədək müddətli həqiqi hərbi xidmətdə,18.03.2014-cü ildən müddətdən artıq hərbi xidmətdə olub.
073 nömrəli hərbi hissədə MAHHX əsgəri,kəşfiyyatçı kimi xidmət göstərmişdir.
27.10.2016-cı il tarixində 16:00 radələrində təlim zamanı minanın partlaması nəticəsində travma almışdır.
Masallı rayon xəstəxanasında ilkin tibbi yardım almış,sonradan ixtisaslı müayinə və müalicə üçün 27.10.2016 –cı il tarixində SQ BKH-na təxliyyə edilmişdir.
Vətəndaşa 15.01.2019 –cu il tarixində AR SHXÇDX-ni Ağdam rayon idarəsi tərəfindən Hərbi bilet verilmişdir.
AR-nın SMN-nin Tibbi-sosial expert komisiyasında 25.02.2019-cu il tarixində olunduğu müayinəyə əsasəsən mina partlayışı travması,sol bud artileriyası və venasının zədələnməsinə görə aparılmış cərrahi əməliyyatdan ,sol bud venasının yan tikilişi, bud artileriyasının ontevenoplastikası əməliyyatdan sonrakı vəziyyət,üz və alın nahiyyəsinin çoxqəlpəli yaralanmasından sonrakı yad cisimi,sol aşağı ətrafın xroniki arteril işemiyası,sol aşağı ətrafın funksiyasının əhəmiyyətli dərəcədə pozulması,UB sol gözə nifuz edən qəlpəli yaralanması gözdaxili metal yad cisim nəticəsində görmə itiliyinin 0.04 qədər azalması konveksiya etmir Q.K.B.T –sı baş beyin sirkələnməsinin veqatativ damar davamsızlıgı ilə nəticələnməsi,qalıq əlamətəri sağ tərəfli postravmatik quru mezotimfonit diaqnozu ilə hərbi xidmət vəzifəsini yerine yetirməklə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir.
AR-nın SMN-nin Tibbi-sosial expert komisiyasında 04.10.2021-ci il tarixində olunduğu müayinəyə əsasən isə, hərbi xidmət vəzifəsini yerine yetirməklə əlaqədar üçüncü dərəcəli əlillik verilmişdir.
Vətəndaş Uğur media xəbər portalı vasitəsi ilə əlillik statusunun 3-cü dərəcədən 2-ci dərəcəyə çevrilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti xanım Mehriban Əliyevaya,Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev Cənablarına,aidiyyatı qurumlara müraciət edir,ümüdvarıq ki,müraciətimizə
aidiyyatı qurumlar tərəfindən baxılacaq və müsbət nəticə əldə etməyimizdə bizə yardımçı olacaqlar.



Xəbərlər  Tarix:   9 Mart 2022 / 12:12


« Əvvəlki xəbər (1705 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR