"Əsas odur ki, hamıya çatsın" - Rusiya mağazalarında ərzaq şoku: bir adama cəmi 2 ədəd...

Rusiyada mağazalarda ərzaq və məişət mallarının satışına məhdudiyyətlər qoyulur.Moskva vilayətindən olan oxucusu "BBC News"a bildirib ki, iri ərzaq şəbəkələrinə məxsus olan bəzi mağazalarda mallrın bir sıra çeşidinə məhdudiyyətlər qoyulub.
BBC-yə göndərdilmiş fotolara əsasən, "Lenta" supermarketlər şəbəkəsində adambaşına maksimum 2 ədəd təmizləyici vasitə, 10 ədəd tez bişən hazır əriştə paketi (Doşirak) və ət konservi satışına icazə verilir.
"Magnit" supermarketlər şəbəkəsində məhdudiyyət şəkər, qarabaşaq yarması və toyuğa qoyulub - bir adama beş ədəddən çox satıla bilməz.
Bu şəbəkənin mağazalarında bu cür məhdudiyyətləri "alverçilərin fəallaşmasının" və "gündəlik tələbat səciyyəli qida və məişət məhsullarının" rəflərdən yoxa çıxmasının qarşısının alınması ilə izah olunur.
"Perekrestok" adlı şəbəkənin supermarketində də malların satışına məhdudiyyət qoyulub. Bəzi rəflər bomboşdur, lakin mağaza işçiləri oxucumuza deyiblər ki, müştərilər hər şeyi alıb aparır, işçilər isə malların zala gətirib rəflərə düzülməsini vaxtında çatdıra bilmirlər", - BBC News yazır.
Rusiyanın TASS agentliyi Sənaye və Ticarət Nazirliyinin mesajına istinadən xəbər verir ki, Sənaye və Ticarət və Kənd Təsərrüfatı nazirlikləri müəyyən kateqoriyaya aid malların satışını məhdudlaşdırmağa icazə verib. Məlumata görə, bu qərar pərakəndə satıcıların xahişinə cavab olaraq verilib.



Xəbərlər  Tarix:   9 Mart 2022 / 12:29


« Əvvəlki xəbər (1703 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR