Azərbaycanın dörd rayonunda qaz təchizatı dayandırıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə “mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranıb.
Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.



Xəbərlər  Tarix:   10 Mart 2022 / 10:48


« Əvvəlki xəbər (1697 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR