Bu ilin iki ayında 88,3 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.
2022-ci ilin yanvar-fevral aylarında 88,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb. Onlardan 2,3 mini pensiya, 86 mini müavinət və təqaüd təyinatları olub.
Bununla da vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.



Xəbərlər  Tarix:   10 Mart 2022 / 15:43


« Əvvəlki xəbər (1690 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR