Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malayziya pasportları aşkarlanıb

Bakıda aeroportunda saxta sənədlərlə ölkədən çıxmaq istəyən şəxslər saxlanılıb.
Bu barədə Sonxeber.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır.
Mart ayının 11-də "İzmir-Bakı" reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilmişdir.
12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar "İzmir-Bakı" reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə "Bakı-London" istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanmışdır.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətən­daşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurmuş, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyən­ləşdirilmişdir.
Martın 14-də "Doha-Bakı" reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları- 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malayziya pasport­larının saxtalaşdırılması aşkarlan­mışdır.
Martın 15-də "Bakı-İstanbul-Nyu-York" reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətən­daşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyən­ləşdirilmişdir. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.



Xəbərlər  Tarix:   15 Mart 2022 / 10:38


« Əvvəlki xəbər (1686 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR