Novruz bayramında turistlər hara üz tutur?

Novruz bayramı ərəfəsində ölkəyə turist axınının çoxalacağı gözlənilir."Ebrou travel" turizm şirkətinin direktoru Sürəyya Axundova bildirib ki, Novruz bayramı günlərində bir çox ölkələrdən turislər gözlənilir:
"Novruz tətili günlərində daha çox Pakistan, Hindistan, eyni zamanda İrandan turistlər gözlənilir. Bu Novruzda Azərbaycana xaricdən gələn turistlər çoxluq təşkil edəcək.
Pandemiya ilə əlaqədar turistlərin sayı azalmışdı. Lakin Novruz bayramında bu aktivliyin çoxalacağı gözlənilir. Dubay, Abu-Dabi, Küveyt istiqamətlərindən də turist axını gözlənilir. Ölkəmizdə pandemiya şərtləri daha yumuşaq olduğundan, bu, turistlər üçün də əlverişlidir.
Məsələn, açıq havada maska məcburiyyətinin, restoranlar üçün xüsusi karantin proqramının olmadığından bu, turistlər üçün digər ölkələrə nisbətən daha əlverişli sayılır.
Yerli turistlər isə daha çox xaricə üz tuturlar. Azərbaycanlı turistlər ilk növbədə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə (Dubay) üz tuturlar.
Yeni istiqamətlərdən biri olan Şri-Lankaya da turistlərimiz üz tutur. Avropa ölkələrindən isə İspaniya və Macarıstanı daha çox seçirlər. Çünki bu ölkələrdə Şengen vizasının verilməsi şərtləri daha rahatdır".



Xəbərlər  Tarix:   15 Mart 2022 / 14:33


« Əvvəlki xəbər (1680 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR