"Gəlib xanımını çölə çağırdı..." - Sığınacaqda qətlə yetrildiyi deyilən xanımla bağlı TƏFƏRRÜATLAR

Ümid yeri" uşaq sığınacağında baş verdiyi deyilən qətl hadisəsi əslində sığınacağın xaricində olub. Bununla bağlı təfərrüatlar məlum olub.
Belə ki, xəbər verdiyimiz kimi, 14 mart 2022-ci il tarixində Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü (27 yaş) Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb."Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimli ilə əlaqə saxlayıb.
O bildirib ki, qətlə yetirilən qadın 2-3 gün əvvəl Polis İdarəsinin rəsmi müraciəti əsasında sığınacağa yerləşdirilib:
"2 gün idi gəldiyi. Bütün qohumları gəldi. Qadının və yoldaşının valideynlərinin iştirakı ilə onlar barışdılar. Qadının yoldaşı dedi ki, kirayə ev tutub onları aparacaq. Biz də çox sevindik ki, hər şey yaxşı oldu, 3 uşaqları var və ailə dağılmır. Öz aralarında razılıq oldu.
Axşam saatlarında ər sığınacağa gəlib xanımını çölə çağırdı. Xanım da 3 balasını həmin vaxt sığınacaqda qoyub, icazə alıb çıxdı ki, evə köçməklə bağlı söhbət etsinlər. Hər kəs onların barışdığını düşünürdü.
Lakin anladığımız qədəri ilə, küçədə aralarında mübahisə yaranıb. Hadisənin sığınacaqda baş vermədiyi üçün bizim orada baş verənlərdən xəbərimiz yoxdur".
Qadının sığınacağa gəlmə səbəbini soruşduqda isə Nigar xanım belə cavab verib:
"O, sığınacağa gəlməsinin səbəbini yola gətməməklə və yoldaşının çox qısqanc olması ilə əlaqələndirmişdi. Yəni bir çox cütlüklərin arasında baş verən münaqişələrdən biri olub".



Xəbərlər  Tarix:   15 Mart 2022 / 14:35


« Əvvəlki xəbər (1679 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR