Bayram günü “Azəriqaz”a daxil olan bəzi zəngləri baş direktor cavablandırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bayram günündə gücləndirilmiş iş rejimində çalışan Birliyin 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olub. “Azəriqaz”a istinadən verdiyi məlumata görə, ilaxır çərşənbədə Birliyin Çağrı mərkəzinə daxil olan bəzi müraciətləri baş direktor özü cavablandırıb.
Vətəndaşların ünvanladıqları sualları cavablandırdıqdan sonra Birlik rəhbəri özünü təqdim edərək abonentləri bayram münasibəti ilə təbrik edib. Daha sonra baş direktor 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.



Xəbərlər  Tarix:   16 Mart 2022 / 11:06


« Əvvəlki xəbər (1671 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR