Dünya bazarında neft korreksiya çərçivəsində bahalaşıb

Əvvəlki iki ticarət sessiya ərzində orta hesabla 12% ucuzlaşmış neftin qiyməti korreksiya çərçivəsində artıb.“Brent” markalı neftin bir barelinin qiyməti yenidən 100 ABŞ dollarını ötüb.
Belə ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,42% bahalaşaraq, 1 bareli 101,33 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 2,12% artaraq, 1 bareli 98,48 ABŞ dolları təşkil edib.
Koronavirusa yeni yoluxma hallarının artması həftənin əvvəlindən etibarən neftin kəskin ucuzlaşmasına səbəb olub. Belə ki, yeni yoluxma halları haqqında xəbərlərin yayılmasından sonra Çinin bir neçə şəhərində koronavirus məhdudiyyətləri sərtləşdirilib.
Məhdudiyyətlər, o cümlədən nəqliyyatın hərəkətinin azalması benzin və digər neft məhsullarına olan tələbin aşağı düşməsinə səbəb olub.
Digər tərəfdən, Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, martın 11-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 3,754 milyon barel artıb. İnvestorlar isə bu baxımdan azalmanın qeydə alınacağını gözləyirdilər.



Xəbərlər  Tarix:   16 Mart 2022 / 11:08


« Əvvəlki xəbər (1670 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR