Ərdoğan Zelenski ilə son vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub."Anadolu" agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərir.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara Ukraynada uzunmüddətli atəşkəsin tezliklə bərqərar olmasına çalışır. O, müharibənin davam etdirilməsinin heç bir tərəfə fayda verməyəcəyinə işarə edib.
Ərdoğan Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün səylərini davam etdirəcəyinə əmin edib.
Türkiyə lideri əlavə edib ki, ölkəsi həm Ukraynada, həm də qonşu ölkələrdə yaşayan ukraynalılara humanitar yardım çatdırmaqda davam edir.



Xəbərlər  Tarix:   17 Mart 2022 / 10:33


« Əvvəlki xəbər (1661 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR