Prezident Ofisi: "Ukraynada Rusiya qoşunlarının hücum istiqamətlərinin sayı azalıb" REGİON

" Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb". Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
“ Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olacaq. Doğrudur, qarşı tərəf geri çəkilmir. Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir. 15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib. Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”, - o deyib.



Xəbərlər  Tarix:   17 Mart 2022 / 16:27


« Əvvəlki xəbər (1643 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR