Şahmat üzrə Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Şahmat üzrə Azərbaycan milli komandasının martın 27-də Sloveniyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-dək davam edəcək qitə turnirində 15 zəka sahibi qüvvəsini sınayacaq. Onlardan 14-ü kişi, 1-i isə qadın qrossmeysterdir.
Yarışda Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riyad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə, Şahin Vəliyev mübarizə aparacaqlar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil olunacaq Avropa çempionatı 11 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 100 000 avro təşkil edəcək.



Xəbərlər  Tarix:   18 Mart 2022 / 13:24


« Əvvəlki xəbər (1641 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR