ABŞ kəşfiyyatı: “Müharibə uzanarsa, Putin Qərbi nüvə silahı ilə təhdid edə bilər”
"Vladimir Putin Qərbi nüvə silahından istifadə ilə təhdid edə bilər".ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunur.
“Bu müharibə və onun fəsadları nəticəsində Rusiya zəiflədikcə daxili və xarici auditoriyaya gücünü nümayiş etdirmək üçün nüvə silahına getdikcə daha çox arxalanacaq”, - hesabatda bildirilir.
ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru, general-leytenan Skott Berrier isə deyib ki, Ukrayna ərazilərinin bir hissəsinin uzunmüddətli işğalı Rusiya ordusunu gücdən sala və onun müasir silah arsenalını zəiflədə bilər: "İqtisadi sanksiyalar isə Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya düşməsi və diplomatik təcridi ilə nəticələnə bilər”.

Xəbərlər Tarix: 18 Mart 2022 / 14:50
« Əvvəlki xəbər (1615 / 7273) Növbəti xəbər »