Rayonlara yenə qar yağacaq, Bakıda güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Azərbaycanın rayonlarında martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.



Xəbərlər  Tarix:   18 Mart 2022 / 15:12


« Əvvəlki xəbər (1623 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR