Hindistan Rusiya ilə birgə "Kalaşnikov" istehsal edəcək

“Yaxın zamanda Hindistanın Korva şəhərindəki müəssisədə "Kalaşnikov AK-203” avtomat silahı istehsal ediləcək”.TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Hindistandakı səfiri Denis Alipov martın 18-də jurnalistlərə açıqlamasında bildirib.
“Biz hesab edirik ki, çox yaxın zamanda “AK-203”ün istehsalına başlanılacaq. Hazırda müqavilənin sırf texniki detalları tamamlanır”, səfir qeyd edib.
Qeyd edək ki, “AK-203”ün istehsalının nəzərdə tutulduğu zavod Hindistan-Rusiya birgə müəssisəsidir.
Hindistanın Baş naziri Narendra Modi 2019-cu ilin martın “Kalaşnikov” avtomat silahının istehsalı ilə bağlı Hindistan-Rusiya birgə müəssisəsinin yaradıldığını elan edib.
Hindistan “Kalaşnikov”un “ikiyüzüncü” seriyasını istehsal edəcək ilk ölkə olacaq.



Xəbərlər  Tarix:   18 Mart 2022 / 15:25


« Əvvəlki xəbər (1620 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR