Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi təsdiqləyəcək

Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandunu təsdiqləyəcək. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə ediləcək.
Bundan əlavə, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də komitənin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılacaq.



Xəbərlər  Tarix:   28 Mart 2022 / 14:19


« Əvvəlki xəbər (404 / 6085) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR