Bakının mərkəzindəki stadion yeni kluba verilir

"Sabah" klubu növbəti mövsümdən ev oyunlarını "ASK Arena"da keçirəcək.paytaxt təmsilçisi "Bank Respublika Arena"nı tərk edərək, yeni məkana üz tutacaq. Onlar Bakının mərkəzindəki stadionda "Keşlə"ni əvəzləyəcək. "Keşlə" isə tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.
Klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Report"a açıqlamasında məsələdən xəbərsiz olduğunu söyləsə də, "ASK Arena"ya köçməyə müsbət yanaşdığını bildirib: "Düzü, bunu bilmirdim. "ASK Arena"nı götürmək imkanımız olsaydı, bu, əlbəttə, super olardı. Niyə də yox"?!
Veteran futbolçunun sözlərinə görə, "ASK Arena"nın süni örtüklü olmasında problem yoxdur: "Kobud desək, onu ot örtüyü ilə dəyişmək olar (gülür). Əsas məsələ odur ki, orada infrastruktur, mehmanxana, mətbəx, əsas və uşaq komandalarının məşq meydançaları var. Bunlar akademiyası olan klub üçün böyük əhəmiyyət kəsb edir. Amma biz gah öz meydanımızda, gah "Neftçi"nin bazasında, gah da digər məkanlarda məşq edirik. Buna görə də "ASK Arena"ya köçməyimiz əla olardı. Lakin hələlik bu, yoxdur".
Ponomaryov "ASK Arena" ilə müqayisədə, hazırda məskunlaşdıqları "Bank Respublika Arena"nın yüksək imkanlarının olmadığını vurğulayıb: "Stadionumuzun iki normal meydançası var, üçüncüsü isə pis vəziyyətdədir. Orada "Sabah-2", ikinci meydançamızda əsas komandamız məşq edir. Əsas meydançamız isə yalnız oyunlar üçündür. Yəni, bu gün elə də böyük imkanlarımız yoxdur. Lakin olanımız da yaxşıdır. Məsələn, mən razıyam. Əsas və ehtiyat meydanımız var, bu meydanlarda əsas, ikinci və yeniyetmələrdən ibarət komandalarımız məşq edə bilər ki, bunlar da çox yaxşı haldır".



Xəbərlər  Tarix:   28 Mart 2022 / 14:09


« Əvvəlki xəbər (1610 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR