Azərbaycana daxil olan humanitar yüklərin qəbul edilməsi ilə bağlı qaydalar hazırlanacaq

Azərbaycan ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları hazırlanacaq.Prezident İlham Əliyevin imzaladığı “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanda öz əksini tapıb.
Qeyd olunub ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.



Xəbərlər  Tarix:   28 Mart 2022 / 15:14


« Əvvəlki xəbər (344 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR