DGK: "Güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsi genişləndirilə bilər"

Hazırda güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsini genişləndirilməsi müzakirə edilir.T.Alverdiyevin sözlərinə görə, qərarın verilməsi hazırda tətbiq edilən güzəştlərin effektivliyindən asılı olacaq: "Hazırda güzəştlər mühərrikin həcmi 2 500 kubsantimetrə qədər olan ekoloji təmiz avtomobillərə şamil edilir. Bu proqram 3 illikdir. Biz baxacağıq görək bu güzəştlər necə effekt verir".
Azərbaycan Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə deyib ki, hazırda ölkədə 33 elektromobil enerji doldurma məntəqəsi var: "Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir. Bu məntəqələrdən 2-si Gəncədə, digərləri isə Quba, Kürdəmir və başqa regionlarda mövcuddur".



Xəbərlər  Tarix:   29 Mart 2022 / 13:18


« Əvvəlki xəbər (1595 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR