Azərbaycanda daha bir məhdudiyyət aradan qaldırıldı

Azərbaycanda futbol oyunları zamanı stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, azarkeş limiti ilə bağlı dəyişiklik sabahdan qüvvəyə minəcək.
Ümumi məsləhətləşmələrdən sonra 30 mart və 1 apreldə keçiriləcək I Divizionun XIX, 2-3 apreldə isə Premyer Liqanın XXI turunun oyunlarına stadionların tutumu qədər tamaşaçı buraxılacaq.
Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar miks-zonaların təşkili bərpa olunacaq. Miks-zona qapalı məkanda olarsa, qoruyucu maskalardan istifadə edilməlidir.
Qeyd edək ki, PFL ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarları nəzərə alıb.



Xəbərlər  Tarix:   29 Mart 2022 / 15:49


« Əvvəlki xəbər (1594 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR