Oğuzdakı meşə yanğını SÖNDÜRÜLDÜ

Oğuzdakı meşə yanğını söndürülüb.
FHN-dən verilən məlumata görə, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0,5 ha sahədə quru ot və kol-kos yanıb.
Yanğın saat 18:48 dəqiqədə FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19:20
Oğuzda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.



Xəbərlər  Tarix:   5 Apr 2022 / 10:53


« Əvvəlki xəbər (1587 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR