Zelenski: "Putinlə görüş olmaya da bilər"

"Putinlə görüşün olmaması da mümkündür".
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli jurnalistlərə müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, hətta Buçadakı faciəvi hadisələrdən sonra da Rusiya ilə danışıqları davam etdirmək lazımdır.
"Sadəcə, "bu gün heç nə barədə danışmayaq" demək ən asan mövqedir. Ən çətini onların etdiklərini söyləmək, onları düşmən kimi tanımaq, eyni zamanda görüş imkanı tapmaq, həmin görüşdə çıxış yolu aramaq və bununla belə öz ərazilərini itirməməkdir", - deyə V.Zelenski bildirib.



Xəbərlər  Tarix:   5 Apr 2022 / 12:16


« Əvvəlki xəbər (1584 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR