G7 ölkələri Rusiya rəhbərliyinə qarşı cavab tədbirləri görmək üçün 3 məsələdə razılığa gəlib

G7 ölkələrinin liderləri və xarici işlər nazirləri Rusiya Prezidenti Vladimir Putinə qarşı cavab tədbirləri görmək barədə qərar qəbul ediblər.Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.
“Biz dəhşətli müharibəyə cavab olaraq birləşirik. Beləliklə, Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq olunması, Buçadakı vəhşiliyin qınanması və kimyəvi və bioloji silahlardan istifadə olunacağı təqdirdə bunun Kremlə baha başa gələcəyi ilə bağlı razılıq əldə olundu” , - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün Brüsseldə G7 ölkələrinin XİN başçılarının toplantısı keçirilir. Bu ququma G7 ölkələrinə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.



Xəbərlər  Tarix:   7 Apr 2022 / 14:41


« Əvvəlki xəbər (300 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR