Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib

Ali Məhkəmədə qətldə təqsirləndirilən Günel Qasımovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib.hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə G.Qasımovanın kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, ailəli olan G.Qasımova sevgi münasibətində olduğu Ramiz Hüseynovu öldürməkdə təqsirli bilinib.
Hadisə 2019-cu ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində baş verib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərlər  Tarix:   7 Apr 2022 / 14:58


« Əvvəlki xəbər (1562 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR