Azərbaycanda 18 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin övlət əmlakının özəlləşdirilməsi ilə bağlı aprelin 5-də və bu gün keçirdiyi hərraclarda 18 nəqliyyat vasitəsi özəlləşdirilib.Məlumata görə, əmlaklara ümumilikdə 66 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.
Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2 000 manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3 840 manata özəlləşdirilib. Buraxılış tarixi 2008-ci il olan “ VAZ-21041” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 4 500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5 650 manata yüksəlib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.Bu ay daha 5 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.



Xəbərlər  Tarix:   7 Apr 2022 / 15:39


« Əvvəlki xəbər (1560 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR