Baş nazir: "Rusiyanın Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik"

“Hökumət Rusiyanın Ukraynadakı əmlakının milliləşdirilməsi prosesinə başlamaq üçün sənədlər üzərində işləyir”.UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal aprelin 8-də ümummili telemarafonda bildirib.
“Ukraynada Rusiyanın bir sıra biznesi var. Qanunda onların milliləşdirilməsi ilə bağlı mexanizm var. İndi qanuna uyğun olaraq, sənədlər hazırlanır. Bu prosesi artıq başlamışıq. Rusiyanın vurduğu ziyanın bir hissəsini kompensasiya etmək üçün onun Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik”, - o vurğulayıb.
Qeyd edək ki, Ukrayna parlamenti martın 3-də milliləşdirmə ilə bağlı qanun qəbul edib.



Xəbərlər  Tarix:   8 Apr 2022 / 11:38


« Əvvəlki xəbər (1556 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR