Bakıda naməlum şəxs özünü dənizə atıb

Bakıda naməlum şəxs özünü dənizə atıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, özünü dənizə atan şəxsin adı açıqlanmayıb.



Xəbərlər  Tarix:   8 Apr 2022 / 11:55


« Əvvəlki xəbər (1552 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR