Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonunda vətəndaşları qəbul edib.Məlumata görə, qəbulda Sabirabadla yanaşı, Saatlı və İmişli rayonlarının sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. R.Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb. Nazirliyinəaid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınacaq və müvafiq qurumlara göndəriləcək.



Xəbərlər  Tarix:   8 Apr 2022 / 13:09


« Əvvəlki xəbər (284 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR