Şabranda suvarma kanalları lildən təmizlənir

Şabranda yeni suvarma mövsümünə ciddi hazırlıq işləri aparılır.“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
ASC-nin Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Sahələrin vaxtında və itkisiz suvarılmasını təmin etmək məqsədi ilə 100 km-dən artıq torpaq kanal beton kanalla əvəz edilib. Həmçinin sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə su kanalları lil və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 12 ədəd ağır texnika cəlb olunub.
Görülən tədbirlərin nəticəsidir ki, təsarrüfat sahibləri rahat şəkildə sahələri suvara bilirlər. Bu da öz növbəsində fermerlərə bol məhsul əldə etməyə və sahələrini daha da genişləndirməyə şərait yaradır.
Qeyd edək ki, 2019-cu ildə aparılan melorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədi ilə ərazidə yeni qapalı sistem yaradılıb.



Xəbərlər  Tarix:   9 Apr 2022 / 10:15


« Əvvəlki xəbər (1544 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR