Orqan köçürülməsi ilə bağlı Koordinasiya Mərkəzinin açılacağı vaxt məlum olub

“Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koordinasiya Mərkəzinin ofisində təmir işləri həyata keçirilir. Təxminən iki aya ofisin açılışı olacaq”.səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, Etik Komissiyalar da həmin mərkəzdə fəaliyyət göstərəcək: “Bütün detallar ofisin açılışı zamanı bildiriləcək. Mərkəzin əsas məqsədi orqan köçürülməsinə ehtiyacı olan şəxslərin mərkəzləşdirilmiş bazasını yaratmaq, tibbi cəhətdən ədalətli prioritet sıraların qurulması, eləcə də orqan donor bazasının formalaşdırılmasıdır. Əsas mövzu meyit donorları ilə bağlıdır. Bununla bağlı kifayət qədər böyük iş görülür”.
Azərbaycanda beyin ölümü meyarlarının təsdiqləndiyini xatırladan T.Musayev əlavə edib ki, prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri aparılır: “İnanırıq ki, qısa müddətdə Koordinasiya Mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyət digər qabaqcıl ölkələr kimi bu prosesin tam şəffaf şəkildə icrasını görmüş olacaqlar”.



Xəbərlər  Tarix:   9 Apr 2022 / 10:24


« Əvvəlki xəbər (1543 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR