Hüquq müdafiəçisi: "Heç bir ölkədə Azərbaycanda olduğu kimi dini tolerantlıq mövcud deyil"

"Heç bir ölkədə Azərbaycanda olduğu kimi dini tolerantlıq mövcud deyil".Azərbaycandakı dini plüralizm və dini azadlıqdan danışan hüquq müdafiəçi bildirib ki, hər kəs istədiyi dinə sitayiş edə bilər:
"Biz uzun illər Ermənistanla müharibə şəraitində olsaq da, onların kilsələrini dağıtmadıq, əksinə, onların inanclarına hörmətlə yanaşdıq. Ermənilər isə bizim həm mülki, həm də mədəni-dini obyektlərimizi hədəf alırdılar. Onlar o vaxt işğal altında torpaqlarımızdakı məscidlərimizdə donuz saxlayırdılar. Beləliklə, biz həm də dünyaya dini plüralizmlə bağlı dərs keçdik. İndi Rusiya ilə Ukrayna arasında savaş gedir. Və onların heç biri müharibəni Azərbaycan kimi aparmır, dini-mədəni abidələrə bizim kimi həssas yanaşmırlar”.
N.Cəfəroğlunun fikrincə, ölkəmizdə dini plüralizmin formalaşmasında Azərbaycan İlahiyyat İnstitunun mühüm rolu var. Burada tələbələrə dinin elmi tərəfinin və din mədəniyyətinin öyrədildiyini xatırladan hüquq müdafiəçisi bildirib ki, bununla dini radikalizmin qarşısı alınır və görülən işlərin effekti də uğurludur.Qeyd edək ki, aprelin 11-də Prezident İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı edib. Dövlət başçısı çıxışı zamanı bildirib ki, ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir.
Vurğulanıb ki, son illər Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Özünü tolerantlıq modeli kimi təqdim edən Avropada milli, dini və ayrı-seçkilik güclənir, bu zəmində mühacir və qaçqınların sıxışdırılması halları artır. Azərbaycanda mövcud olan tolerantlıq, dözümlülük, multikulturalizm mühiti ölkəmizin beynəlxalq miqyasda nüfuz və mövqelərini gücləndiri



Xəbərlər  Tarix:   12 Apr 2022 / 13:08


« Əvvəlki xəbər (1537 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR