Emanuel Makron: "Yeni hökumətin tərkibi Ukraynadakı vəziyyətə bağlı olacaq"

"Prezident seçkilərinin aprelin 24-də keçiriləcək ikinci turundan sonra yeni hökumətin təyin edilməsi Ukraynadakı mövcud vəziyyətdən asılı olacaq". Fransa Prezidenti və hazırkı seçkilərdə namizəd olan Emanuel Makron "Frans 2" telekanalına müsahibəsində bildirib.
Seçkilərdən sonrakı 15 gün ərzində yeni hökumətin təyin olunub-olunmayacağı barədə fikir bildirən dövlət başçısı bunun beynəlxalq vəziyyətə bağlı olacağını deyib: “Əlbəttə, hökumət yenilənməlidir ki, qarşıdakı parlament seçkilərinə hazır olaq. Amma bir şərtlə ki, həmin bu 15 gün ərzində Ukraynada hansısa fövqəladə hadisələr baş verməsi nəticəsində mövcud hökumətin və fəaliyyətini davam etdirən parlamentin çevik qərarlar verməsi zərurəti ortaya çıxmasın”.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçicilərin 73,69 faizinin səs verdiyi seçkilərdə 12 namizəddən Emanuel Makron səslərin 27,84, "Milli Toplantı" Partiyasının lideri Marin lö Pen isə 23,15 faizini qazanaraq ikinci tura qalıblar.



Xəbərlər  Tarix:   13 Apr 2022 / 12:14


« Əvvəlki xəbər (1529 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR