Təhsil naziri UNEC-in müəllim və tələbələri ilə görüşüb

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və gənc müəlilmləri ilə görüşüb.Nazir UNEC-in rektoru professor Ədalət Muradovla birlikdə öncə şəhidlərinin Memorial-Xatirə Kompleksini ziyarət edərək əziz xatirələrini yad edib və kompleksin önünə gül dəstələri düzüb.
Sonra nazir rektorun müşayiəti ilə UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi, 1 saylı kitabxana, hibrid auditoriya ilə tanış olub. Nazirə kitabxanalar, mərkəz və hibrid auditoriyalar barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyinin açılışı olub. Bildirilib ki, muzeydə nazirə UNEC-in yaranması barədə məlumatlar verilib, tarixi və rəsmi sənədlər göstərilib.
Universitetdə yaradılan hibrid auditoriyalara baxış keçirilib. Məlumat verilib ki, UNEC-də hazırda 50 hibrid auditoriya var, digər 50 auditoriyanın da yaxın zamanlarda hazır olacaq. Həmçinin, Bloomberg laboratoriyasının açılışı da baş tutub. Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyası Bloomberg şirkəti tərəfindən təklif olunan başlıca professional xidmət hesab olunur. 12 Bloomberg terminalından ibarət bu laboratoriya UNEC-i bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verir. Həmçinin Bloomberg Terminalı hər bir bazarda real vaxt məlumatlarını, son xəbərləri, dərin araşdırmaları, güclü analitikləri, ünsiyyət vasitələrini və dünya səviyyəli icra imkanlarını bir araya gətirir.



Xəbərlər  Tarix:   13 Apr 2022 / 13:57


« Əvvəlki xəbər (1528 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR